MAXimum İnterNET Burada!
Reklam verin!

Reklam №1


Blog Haqqında

Rüstəm
Blog Rüstəm Ələkbərov tərəfindən yaradılmışdır. Əlaqə saxlamaq üçün: MSN: Rusik_70@hotmail.com;E-mail: Rusik_70@yahoo.com

Axtarış

Arxivlər

Saat

Reklam №2

Mini Chat

Reklam №3

    Clicklə ve qazanmağa başla
Hava Haqqında

Sorğu

Yeni stilimiz necədir?




Dünyadan xəbərlər

Sayğac


Online

  • İndi blogda: 8
  • Keçən ayın hiti: 2074
  • Dünənki hit: 87
  • Bugünki hit: 77
  • Ümumi hit: 10746
  • RSS

Mobilməcələr və ya teleduzluq.

 asd
Azərbaycandan kənarda yaşayan həmyerlilərimizin bir qrupu bizi olduqca maraqlı bir hadisə ilə tanış etdilər. Ardında çox maraqlı bir məqalə! Mütləq oxuyun!
Azərbaycandan kənarda yaşayan həmyerlilərimizdən bir qrupu ANS-ə müraciət edərək olduqca maraqlı bir hadisə ilə bizi tanış etdilər. Fakt özlüyündə çox maraqlı idi. Əslində giley pis rabitədən, Azərbaycanla əlaqə saxlamağın demək olar ki, bəzən ümumiyyətlə mümkün olmamasından idi. Düzdür, Azərbaycanda rabitə uzun müddət bərbad vəziyyətdə olub. Amma bütün bunlar çoxdan olub. 15-20 il əvvəl. Başqa telefona düşmək, səsin çox zəif gəlməsi kimi hallar da yəqin ki, ancaq orta və yaşlı nəsillərin yadında olar. ANS-in əməkdaşı məxsusi olaraq şikayət mövzusu ilə bağlı ezamiyyətə göndərildi. Ezamiyyətdən qayıdandan sonra elə faktlar danışdı ki, necə deyərlər qulaqlarımıza inanmadıq. Elə siz də inanmayacaqsınız yəqin. Baxmayaraq ki, məsələ elə qulaqla bağlıdır. Bizi qulaqlayırmışlar...

Bu miniatür əşyanın adı mobil telefondur. Onun müxtəlif funksiyaları var. Bunları bilirsiniz. Amma sizin bilmədiyiniz funksiyaları da var. Beləliklə, mobilməcələr və onların açması haqqında. Əvvəlcə balaca bir statistika qurusu. Azərbaycanda 4 milyondan artıq mobil abunəçi var. Mobil telefonların sayına görə MDB-də yuxarı yerlərdən birini tuturuq. Amma bu dörd milyon abunəçi həm də potensial qurbandır. Bircə dəqiqə. Yox biz bu dörd milyonun məruz qaldığı şüalanmadan, hansısa zırramanın öz şəhvətini söndürdüyü anı telefonla lentə alaraq hansısa yelbeyin qızın gələcəyini məhv etməsindən danışmayacağıq. Söhbət telefon dələduzlarından və ya teleduzlardan gedəcək.
Mobil telefonla təkcə ölkə daxilində danışmırıq. Təbii ki, xaricdən də Azərbaycana zəng vururuq. Çox vaxt ünvana çətin düşürük. Əsəbiləşirik. Cəhdlərimiz çoxalır. Xaricdən Azərbaycana zəng vura bilməməyimizin acığını yerləşdiyimiz qürbət ölkənin var-yoxunu yad etməklə çıxır, «hayıf deyil Azərbaycan?!» deyə davam edir, nəhayət zəngimiz alınanda uşaq kimi sevinir və uğurlu nəticənin hesabına bir az əvvəlki qanıqaralığımızı yaddan çıxarırıq. Belə, ya da təxminən belə. Əslində ortada böyük bir fırıldaq var. Diqqətlə qulaq assanız, hər şeyi başa düşəcəksiniz, inanıram ki, mən danışdıqca xaricdən Azərbaycana mobil telefonlarla zəng vuranlar «doğrudan e…» deyib barmağını dişləyəcəklər. Amma buna qədər hamımızın bildiyi, daha doğrusu bilməli olduğu çox kiçik, amma bu məsələnin həllində son dərəcə zəruri olan bir məlumat. Daha bir mobil telefon götürün. Öz mobil telefonunuzla onun nömrəsini yığın və aparatın displeyinə, yəni pəncərəsinə baxın. Nə qədər ki, zəng vurursunuz, orda bu söz görünür: «callinq». Və siz cavab düyməsini basana qədər pul yazmır. Elə ki, düyməni basdınız, pəncərədə rəqəmlər görünür və cibiniz işə düşür. Bir köməkçi məlumat da. Adətən normal ölkələrdən zəng vuranda danışdığın, yalnız danışdığın müddətə görə telefon pul yazır. Məşğuldursa, telefon söndürülüb və ya zəng çatmır xəbərdarlıqlarına görə abunəçidən pul çıxılmır. Bura qədər aydın oldu da?! İndi isə: mobilməcəyə və onun açmasına keçirik.

Mənim əziz abunəçim! Sən xaricdən, məsələn lap elə Dubaydan mobil telefonla Azərbaycana zəng vurursan. Telefonu kimsə götürür. Və cavab verir. Sən onu eşidirsən. O isə səni yox. Bax belə.
Bir qədər əziyyət çəkəndən sonra başqa bir nömrəni yığırsan. Qəribədir amma burda da eyni adam cavab verir. Baxmayaraq ki, ayrı ünvanı yığmısan. Bunun da faydası olmur. Və təbii ki, özündən çıxmış sən bütün hirsini öz telefonunun üstünə tökürsən. Yeri gəlmişkən, bu müddət ərzində sənin hər bir cəhdin pul yazıb. Dəxli yoxdur, bu proses bir saniyə vaxtını aparıb, yoxsa on saniyə, bütün hallarda səndən bir dəqiqənin pulu artıq çıxıb. Unutmayaq ki, sən zəngi xaricdən vurursan və bu xidmət çox bahadır. Bir az keçir yenidən zəng cəhdi. Digər bir nömrə. Bu dəfə sənin başına daha bir maraqlı əhvalat gəlir. Başladıq:
Sənə elə gəldi ki, kimlərsə xətdədir. Nəsə danışırlar. Əvvəl təbii ki, nə baş verdiyini anlamaq istəyirsən. Sonra danışıq özü səndən ötrü maraqlı olur. Və istər-istəməz ona qulaq asmalı olursan.Hirslənib necə deyərlər «otboy» verirsən. Növbəti cəhd. Fikir verirsinizsə eksperimental abunəçi eyni nömrəni yığmır. Necə deyərlər ağzına gələn nömrələrə zəng vurur. Bu zəngdən sonra, xahiş edirəm ki, bayaq xatırlatdığım sözü yadınıza salın. Yəni sizin zəng vurduğunuz müddətdə monitorda bu «collinq» sözü görünməlidir. Cavab anında isə rəqəmlər. Beləliklə müşahidəmizə başlayaq:
Bu nədir belə. Axı zəng gedən anda pul yazdığını bildirən rəqəmlər görünməməliydi. Qəribədir. Təbii ki, sizin məqsədiniz zəng vurmaq olduğundan «collinq» kimi söz və ya «start-taymer» kimi xırdalıqlar barədə düşünmək ağlınıza belə gəlmir. Amma tellefon öz işini görür. Diqqətli olsaydınız görərdiniz ki, bu dəfə telefon çağırır, amma sizin telefonunuzda bu proses artıq danışdığınız real proses kimi keçir və deməli burda da kifayət qədər itiririrsiniz. Bir daha xatırladaq: Unutmayın siz zəngi xaricdən edirsiniz! Rominq isə bahalı xidmətdir. Və siz bir neçə dırnaqağarası uğurlu cəhddə filan qədər pul itirirsiniz. Eksperimental abunəçimiz əməliyyatı davam etdirir. Yeni cəhd daha bir maraqlı məqamı üzə çıxarır. Zəng edirik. Bu dəfə səs-səmir yoxdur. Dəstəkdə gözləyirsən. Sənə elə gəlir ki, gec-tez nömrəyə düşəcəksən. Amma bu baş vermir. Dəqiqələr keçir. Gözləyirsən. Bütün bu müddətdə isə telefonun pul yazır və sən danışmadığın saniyələrə, dəqiqələrə görə borclu olursan.

Beləliklə, sizə xaricdə mobil telefonlardan istifadə zamanı rastlaşdığımız 5 situasiyanı danışdım.
1. Birinci variantda «alo, alo!» deyirlər və guya səni eşitmirlər
2. İkincidə kimsə həmişə bu cümləni deyir: «Mansur zəng vuranda xaricdən belə olur və sair!»
3. Üçüncü variantda rəqəmlər haqqında eşidirik.743 və sair…
4. Dördüncü variantda telefon çağırır, amma displeydə rəqəmlər görünür
5. Beşinci variantda isə əvvəlcə dəstəyə sükut çökür, sonra isə «alo» deyir və öz səsinin əks sədasını eşidirsən.

Doğrudur, mən məsələnin ancaq texniki tərəfləri üzərində dayandım. Sizin itirdiyiniz manatlardan danışdım. Amma təbii ki, burda sırf psixoloji, məqamlar da var. Məsələn təsəvvür edin ki, siz nişanlınıza zəng vurmusunuz. Əvəzində bir pəzəvəng kişi cavab verir. Siz qısqanc adamsınız. Bağırırsınz. O isə sakitcə alo deyir. Sonrasını təsəvvür etmək çətin deyil. İndi isə «x»ı tapaq. Əslində bizim ekspkerimental abunəçi o «x»ı, yəni məchul olanı tapıb. Beləliklə, indi sensasiyaya hazır olun: heç demə, sizi eşitməyən də, sükut effekti yaradan da, başqa bir xəttdə düşdyüyünüz təəssüratına səbəb olan da, zəng getdiyini göstərən, amma bunun özünə görə də pul yazan da vur-tut… robotmuş… Bu robotların sayəsində sən xeyli pul itirirsən. Kimsə qazanır. Təbii ki, hədəf sadə, imkansız adamlar deyil. İmkansızlar xaricdən zəng vurmurlar ki… Hər dəfə fərqli adamların səsi və ya sükut. Müxtəlif variantlar. Sənin inanmağın üçün lazım olan bütün kələklər. Bu maxinasiyanın qurbanları dövlət məmurları, nazirlər, iş adamları, bir sözlə hər zəng vuranda telefonunun displeyinə baxmağa macalı olmayan və necə aldadıldığını ağlına belə gətirməyən insanlardır. Təbii ki, o ayın axırında pul ödəyərkən danışdığı nömrələrin siyashısını istəmir. Və ya onun ödənişi aparmaqdan ötrü pul verdiyi adam da belə xırdalığqla maraqlanmır. Nəticədə isə böyük bir dələduzluq özünün çiçəklənmə dövrünü yaşayır. Bunun qarşısını almağın isə cəmi bir yolu var: oxşar situasiyaya düşən hər bir abunəçi öz operatorunu məhkəməyə verə bilər. Bizim eksperimantal abunəçi aldatmağın 5 variantını və ya beş robotu tapıb. Bəlkə daha çoxdur. Amma elə bilirik ki, ayılmaq üçün beş təkan da kifayətdir. Özü də elə təkanlar ki, qulağımızın dibində baş verir. 4 milyon abunəçinin qulağının dibində. 4 milyona baxaq və düşünək: kim nə qədər itirir, kim nə qədər qazanır… halal oslun vallah. Haram olsun.

P. S. Eksperimental abunəçimiz öz eksperimenti müddətində 100 dollardan artıq pul itirdi. Daha doğrusu, dələduzluq edənlər bir neçə dəqiqənin içində təkcə bir nəfərdən100 dollardan artıq pul qazandılar… zəng vuranlar isə bir nəfər deyil, 100 nəfər deyil, 1000 nəfər deyil, hətta 10 min nəfər də deyil. Söhbət 100 minlərdən gedir… və milyonlardan… 100 milyonlardan. Bu isə artvıq oğurlanan manatların göstəricisidir.



Xəbərlər, Mobil dünya
Rüstəm
İyul 4, 2008 0:21
Baxış sayı: 92
mobi 
Şərhlər(0)


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Bütün hüquqları qorunur və Adminə məxsusdur. Copyright © 2007-2008 Webmaster: R_ViruS/ Dəstək:   Maxnet.Tk

Reklam №4