MAXimum İnterNET Burada!
Reklam verin!

Reklam №1


Blog Haqqında

Rüstəm
Blog Rüstəm Ələkbərov tərəfindən yaradılmışdır. Əlaqə saxlamaq üçün: MSN: Rusik_70@hotmail.com;E-mail: Rusik_70@yahoo.com

Axtarış

Arxivlər

Saat

Reklam №2

Mini Chat

Reklam №3

    Clicklə ve qazanmağa başla
Hava Haqqında

Sorğu

Yeni stilimiz necədir?




Dünyadan xəbərlər

Sayğac


Online

  • İndi blogda: 5
  • Keçən ayın hiti: 2059
  • Dünənki hit: 20
  • Bugünki hit: 5
  • Ümumi hit: 5418
  • RSS

Yaz-yay mövsümü-2008: Bakı dəbə uyğunlaşa bilirmi?

asa 
Modelyer Leyla Əhmədova bu mövsümün dəb tendensiyalarından danışıb. Ardında məqalə..
Yay gəldi! Əlbəttə hamıya məlumdur ki, yay-yaz mövsümündə qadınlar daha da cazibədar görünməyə, ətrafdakıların heyran dolu baxışlarını özünə cəlb etməyə çalışır. Buna görə də həm geyim, həm istifadə olunan aksessuarlar - hamısı cəlbedici və əlbəttə ki, dəbə uyğun olmalıdır.
Bu mövsümün dəb tendensiyalarını müəyyən etmək üçün suallarımızı Azərbaycan moda sahəsində istedadlı modelyer Leyla Əhmədovaya ünvanlamağı qərara aldıq.

Leyla xanım yaz-yay mövsümü üçün dəbdə olan rənglər arasında tünd qırmızı (moruq), tünd yasəmən, sarı, yaşıl rəngləri qeyd etdi. Geyimdə istifadə olunacaq parçalar - ipək, kətan, şifon, krep və bütün digər nazik materiallar. Yay mövsümündə kətanın bütün rəngləri çox aktualdır və bütün növ geyimlərdə istifadə oluna bilər. Bijüteriyaya gəldikdə isə bu mövsüm onlar iri və gözəçarpan olmalıdır. Bura iri muncuqlar, sırğalar, qalın bilərziklər aiddir. Bijüteriya həm plastik, həm təbii materialdan, həm də rənglənmiş taxtadan ola bilər. Ayaqqabılarda əsasən dairəvi burunlu, platformalı yay ayaqqabıları dəbdədir.

İş geyimi əlbəttə ki, gündəlik geyimdən seçilməlidir. Əgər işlədiyiniz şirkətdə geyimlə bağlı ciddi tələblər mövcuddursa, geyimdə əsas ofis rəngləri - qara, boz, qəhvəyi və s. saxlanmalıdır. Aktual əlvan rənglər isə aksessuarlarda təzahür edə bilər. Bura həm düymələr, həm əlvan şərflər, həm çantalar, həm də bijüteriya aiddir.

Ziyafət geyimlərində uzun və ya orta uzunluqlu (midi) paltarlar aktualdır. Bu, həm dizdən, həm də dizdən bir qədər aşağı, dar belli paltarlar ola bilər. Parçalar arasından isə ziyafət geyimlərində əsasən tafta və digər incə materiallardan istifadə olunmalıdır.

Yeni mövsümün digər tələblərindən biri - baş geyimləridir. Bu mövsümdə müxtəlif kepkalar, şlyapalar aktualdır. Xatırladaq ki, baş geyimləri yalnız gözəllik üçün nəzərdə tutulmayıb, onlar həmçinin saçlarınızı gün altında yanmaqdan və qurumaqdan qoruyur.

Modelyer Azərbaycan xanımlarının əsasən dəbə uyğun geyindiyini və aktual tendensiyaları həvəslə izlədiklərini bildirdi. Leyla xanım qadınlara daim gözəl və baxımlı olmağı arzuladı və yay mövsümündə özlərini mümkün qədər gündən qorumağı, həmçinin gözəlliklərini itirməmək üçün siqaret çəkən qadınlara tezliklə bu vərdişdən yaxa qurtarmağı məsləhət gördü.



Xanımlar üçün
Rüstəm
İyul 2, 2008 15:48
Baxış sayı: 39
geyim 
Şərhlər(0)


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Bütün hüquqları qorunur və Adminə məxsusdur. Copyright © 2007-2008 Webmaster: R_ViruS/ Dəstək:   Maxnet.Tk

Reklam №4