Bu gecə bir çox rayona güclü yağış yağıb...
Ayın 22-dən 23-nə keçən gecədə, yəni Yayın ilk günündə Azərbaycanın böyük bir hissəsinə yağış yağdı...Hidrometeoroloqlar hava şəraitinin həftənin sonunadək sabitləşəcəyini proqnozlaşdırır. Ardında ətraflı...
Bu gecə ölkənin bir çox rayonuna güclü yağış yağıb. Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyevanın ANS-ə verdiyi məlumata görə, gecə saatlarında ən çox yağıntı Böyük Qafqazın rayonlarında, Qəbələ-İsmayıllı zonasında müşahidə olunub - 36-39 mm. Bəzi aran rayonları Tovuz, Zərdab, Salyana da 14-18 mm-dək yağıntı düşüb. Bu, da aylıq nomanın təxminən yarısına qədərdir.
Sinoptiklərin proqnozuna görə, ölkə ərazisində ayın 25-dək qeyri-sabit hava şəraiti müşahidə olunacaq, əsasən gecə və axşam saatlarında qısamüddətli yağışlar gözlənilir. Həftənin 2-ci yarısında isə hava şəraiti sabitləşəcək, temperatur yenidən həftənin əvvəlinə nisbətən 4-5 dərəcə yüksələkəcək. Havanın hərarəti payxtatda sabah müsbət 26 dərəcə, ayın 25 günortadan başlayaraq 32-35 dərəcəyədək yüksələcək./ANS TV/

Bölməsiz
Rüstəm
İyun 23, 2008 16:40
Baxış sayı: 38
xəbər
Şərhlər(0)