Bu gün Avropa Çempionatının ilk yarımfinalçısı məlum olacaq.
1/4 final mərhələsinin ilk oyununda Portuqaliya və Almaniya yığma komandaları üz-üzə gələcək. Ardında ətraflı...
Bu gün futbol üzrə Avropa Çempionatının ilk yarımfinalçısı məlum olacaq. Belə ki, 1/4 final mərhələsinin ilk oyununda Portuqaliya və Almaniya yığma komandaları üz-üzə gələcək. Almanlar üçün bu görüş çox çətin olacaq. Çünki komanda matç öncəsi bir sıra ciddi kadr problemləri ilə üzləşib. Əsas heyətin iki futbolçusu- yarımmüdafiəçi Torsten Frinks və 3 qolla komandanın ən məhsuldar hücumçusu Lukas Podolskinin bugünkü oyunda meydana çıxması böyük sual altındadır. Millinin baş məşqçisi Yoahim Löv diskvalifikasiya olunaraq, bu oyunu azarkeşlər arasında izləməli olacaq. Xatırladaq ki, o, qrup mərhələsinin sonuncu turunda, hakimin qərarına etiraz etdiyi üçün meydandan qovulmuşdu.
UEFA isə mütəxəssisə daha ağır cəza verərək, onu daha bir oyunluq texniki zonaya buraxmayıb. Bununla belə xoş xəbər də var. Bu, Xorvatiya ilə oyunda qırmızı vərəqə alaraq cəzalı vəziyyətə düşmüş Bastian Şvanştayngerin adı ilə bağlıdır. Futbolçu cəza müddətini başa vuraraq, bu gün komandasına kömək edə biləcək.
Əks düşərgədə isə vəziyyət bir xeyli ürəkaçandır. Belə ki, baş məşqçi Luis Felipe Skolari bu gün meydana ən optimal heyəti çıxaracaq. Hücum xəttinin əsasını Simao Sabroza, Nuno Qomeş və Kriştiano Ronaldo triosu təşkil edəcək ki, bu üçlük istənilən müdafiə üçün başağrısı ola bilər. Xatırladaq ki, bu yığma komandalar arasında sonuncu görüş, 2006-cı il Dünya Çempionatının 3-cü yer uğrunda oyununda baş tutmuşdu. Burada isə meydan sahibləri almanlar 3-1 hesabı ilə qalib gələrək, bürünc medallara sahib olmuşdular.

Xəbərlər
Rüstəm
İyun 19, 2008 17:05
Baxış sayı: 45
xəbər
Şərhlər(0)