Ölkədə kompüter bilicilərinin yarışı keçiriləcək.
Qaliblər, Almaniyaya yollanaraq, orada öz istedadlarını nümayiş etdirmək imkanı qazanacaqlar.
Gənclər və İdman Nazirliyi Kompüter Oyunları Milli Assosiasiyası ilə birgə yenə kompüter bilicilərinə öz bacarıqlarını nümayiş etdirərək qalib gəlib. Bu isə Azərbaycana Almaniyada keçiriləcək yarışa qoşulmaq şansı verir. Qeyd etmək lazımdır ki, milli Cempionat Kompyuter oyunları üzrə Dünya Cempionatının secmə turu statusu ilə təşkil edilir. Bundan öncə keçirilən 1 və 2-ci Milli Çempionatın qalibləri İtaliyanın Montso və ABŞ-ın Sietl şəhərlərində keçirilən kompyuter oyunları üzrə Dünya çempionatında uğurla iştirak ediblər.
Bu dəfə isə qaliblər Almaniyaya yollanaraq, orada öz istedadlarını nümayiş etdirmək imkanı qazanacaqlar.
Keçirilən çempionatın məqsədi gənclər arasında yeni informasiya texnologiyalarının təbliğ olunmasından, kompyuter oyunlarını inkişaf etdirməkdən, eləcə də gənclərin asudə vaxtının səmərəli və mənalı təşkil edilməsində yeni üsulların tətbiq edilməsindən ibarətdir.
Çempionatda keçirilən hər bir oyun növü üzrə 1, 2, 3-cü yeri tutmuş qaliblər Gənclər və İdman Nazirliyi tərəfindən təsis edilmiş diplom və hədiyyələr qazanmaqla bərabər, sponsorlar tərəfindən də təqdim edilən hədiyyələrlə mükafatlandırılacaqlar.
Çempionatda yaşı 14-29-a dək olan gənclər iştirak edə bilər.
Kompyuter oyunları üzrə 3-cü Milli Çempionatın seçmə turu 12-15 iyun, final mərhələsi isə 18-20 iyun tarixlərində keçiriləcək.

Xəbərlər
Rüstəm
İyun 9, 2008 13:34
Baxış sayı: 68
xəbər
Şərhlər(0)