Azərbaycan prezidenti ilə Ermənistan prezidentinin görüşü başa çatıb.
Bu barədə APA-ya açıqlamasında Azərbaycan prezidentinin mətbuat xidmətinin rəhbəri Azər Qasımov bildirib. Ardında Ətraflı...
Bu gün Sankt-Peterburqda Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyanın görüşü artıq başa çatıb. Bu barədə APA-ya açıqlamasında Azərbaycan prezidentinin mətbuat xidmətinin rəhbəri Azər Qasımov bildirib. Onun sözlərinə görə, görüşdən sonra hər iki ölkənin xarici işlər nazirləri dövlət başçılarının apardıqları danışıqlar barədə şərh veriblər.
Qeyd edək ki, Konstantinovsk Sarayında keçirilən görüşdə iki ölkənin xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan, ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.
Xatırladaq ki, hər iki dövlət başçısı MDB-nin qeyri-rəsmi sammitində və 12-ci beynəlxalq iqtisadi forumda iştirak etmək üçün Sankt-Peterburqdadır.

Xəbərlər, Azərbaycan
Rüstəm
İyun 6, 2008 14:33
Baxış sayı: 69
xəbər
Şərhlər(0)