MAXimum İnterNET Burada!
Reklam verin!

Reklam №1


Blog Haqqında

Rüstəm
Blog Rüstəm Ələkbərov tərəfindən yaradılmışdır. Əlaqə saxlamaq üçün: MSN: Rusik_70@hotmail.com;E-mail: Rusik_70@yahoo.com

Axtarış

Arxivlər

Saat

Reklam №2

Mini Chat

Reklam №3

    Clicklə ve qazanmağa başla
Hava Haqqında

Sorğu

Yeni stilimiz necədir?




Dünyadan xəbərlər

Sayğac


Online

  • İndi blogda: 4
  • Keçən ayın hiti: 2059
  • Dünənki hit: 20
  • Bugünki hit: 4
  • Ümumi hit: 5417
  • RSS

Şəkidəki qasırğa Xan sarayı memarlıq abidəsini təhlükə ilə üz-üzə qoyub.

xan sarayi 
Mütəxəssislərin fikrincə, təhlükəsizlik tədbirləri görülməsə ətrafdakı nəhəng çinarlar güclü küləyin təsirindən aşaraq sarayın üzərinə düşə bilər. Ardında ətraflı...
xan sarayi 
Şəki şəhərində dünyanın ən unikal memarlıq abidələrindən sayılan Xan sarayı məhv olmaq təhlükəsi ilə qarşılaşa bilər. Yerli mütəxəssislər bir neçə gün əvvəl Şəki ərazisində dağıntılarla nəticələnmiş güclü qasırğadan sonra bu qənaətə gəlib. Belə ki, Xan sarayının qarşısında XV əsrə aid iki nəhəng çinar ağacı var. Baş vermiş qasırğa zamanı Şəkidə 100-ə dək ağac kökündən çıxıb evlərin, avtomobillərin üzərinə düşsə də, xoşbəxtlikdən fəlakət bu çinarlardan yan keçib. Elə XVIII əsr Azərbaycan memarlığının klassik nümunəsi olan Xan sarayından da təsadüf nəticəsində təhlükə ötüşüb. Əks təqdirdə, yəni çinar ağaclarının küləyin təsirindən aşması, qiymətli tarixi abidənin birdəfəlik məhvi ilə nəticələnə bilərdi.
“Xoşbəxtlikdən həmin qasırğa nəticəsində bizim tarixi abidələrə, eyni zamanda Şəki Xan sarayına heç bir ziyan dəyməyib. Qoruq ərazisində ağaclardan yıxılması hadisələri də olmayıb” – deyə Şəki Dövlət Tarix Memarlıq Qoruğunun direktoru Nemət Hacıyev bildirib.
Amma mütəxəssislər belə bir təbiət hadisəsinin yenə də baş verəcəyini və nəhəng çinarların da güclü küləyin təsirindən aşaraq Xan sarayının üzərinə düşəcəyini istisna etmir. Hər halda, belə ehtimalların mövcud olduğu bir şəraitdə təhlükəsizlik tədbirlərinin görülməsinə ehtiyac duyulur. Şəki ekologiya və təbii sərvətlər şöbəsinin baş məsləhətçisi Namiq Yusifovun sözlərinə görə, Xan sarayının qarşısında olan çinarlar Qırmızı kitaba salındığından onları kəsmək qadağandır. Eyni zamanda, ağacların bina üçün hələlik təhlükəsi yoxdur.
Qeyd edək ki, Şəki Xan sarayında Almaniya şirkəti tərəfindən 2002-2004 cü illərdə əsaslı təmir və bərpa işləri aparılıb. Sarayın qarşısındakı Şərq çinarları isə 1530-cu ildə əkilib və gövdəsinin eni 7, hündürlüyü 34 metrdir.








Xəbərlər
Rüstəm
İyun 5, 2008 11:29
Baxış sayı: 71
xəbər 
Şərhlər(0)


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Bütün hüquqları qorunur və Adminə məxsusdur. Copyright © 2007-2008 Webmaster: R_ViruS/ Dəstək:   Maxnet.Tk

Reklam №4