MAXimum İnterNET Burada!
Reklam verin!

Reklam №1


Blog Haqqında

Rüstəm
Blog Rüstəm Ələkbərov tərəfindən yaradılmışdır. Əlaqə saxlamaq üçün: MSN: Rusik_70@hotmail.com;E-mail: Rusik_70@yahoo.com

Axtarış

Arxivlər

Saat

Reklam №2

Mini Chat

Reklam №3

    Clicklə ve qazanmağa başla
Hava Haqqında

Sorğu

Yeni stilimiz necədir?




Dünyadan xəbərlər

Sayğac


Online

  • İndi blogda: 8
  • Keçən ayın hiti: 2059
  • Dünənki hit: 20
  • Bugünki hit: 8
  • Ümumi hit: 5421
  • RSS

China 2008 / Online Oyunlar

asdfadfYeni Bir Online Oyun! Buyurun oynayın!


Oyunlar
Rüstəm
Avqust 15, 2008 16:31
Baxış sayı: 10

Şərhlər(0)

Bloxorz / Online Oyunlar

OYUN 
YENI BIR OYUN! BLOXORZ! MARAQLI OYUN OLUB OLMADIĞINI BİLMƏK İSTƏYİRSİNİZSƏ BUYURUN OYNAYIN.


Oyunlar
Rüstəm
Avqust 15, 2008 16:04
Baxış sayı: 11

Şərhlər(0)

YENİ FORUMUMUZ AÇILDI! HAMINIZI DƏVƏT EDİRİK!

 FORUM
YENİ FORUMUMUZ AÇILDI! HAMINIZI DƏVƏT EDİRİK!
P.S. Gəlməsəniz küsərik=) 


Digər
Rüstəm
Avqust 5, 2008 20:59
Baxış sayı: 12
forum 
Şərhlər(0)

“AzTV İdman” kanalı açılır

 asd
Azərbaycanda tezliklə “AzTV İdman” kanalı açılacaq. bu barədə Milli Televiziya və Radio Şurası məlumat yayıb. Məlumatda bildirilir ki, bununla bağlı iyulun 18-də keçirilən iclasda qərar qəbul olunub.
İclasda Milli Televiziya və Radio Şurasının 11 aprel 2008-ci il tarixli qərarı ilə idman televiziya kanalının açılması məqsədilə elan edilən müsabiqənin nəticələri müzakirə olunub. Müsabiqədə iştirak edən digər iddiaçılarla müqayisədə daha münasib maddi-texniki bazaya, peşəkar kadr potensialına və idman sahəsində geniş təcrübəyə malik olan “AzTV İdman” telekanalı müsabiqənin qalibi elan olunub. Telekanala lisenziya 6 il müddətinə verilib.

Bu gün Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli jurnalistlərə açıqlamasında bildirib ki, gələcəkdə Şamaxı, Əlibayramlı, Cəlilabad, Neftçala və bu kimi böyük regionlarda da kanallar açmaq düşünülür. Onun dediyinə görə, növbəti parlament seçkilərində namizədlər öz təbliğatlarını bu kanallar vasitəsilə apara biləcək. Gələcəkdə mədəniyyət sahəsi ilə bağlı kanalın da açılacağı düşünülür. N.Məhərrəmli sahə xarakterli kanallarda reklam məsələsinin çətinliyini də qeyd edib.



Xəbərlər
Rüstəm
İyul 19, 2008 14:39
Baxış sayı: 24
aztv 
Şərhlər(0)

Azərbaycanın 1 günlük Əsgəri Son Dəqiqələrində Elədiyi İşlərə baxın..

dsf 
Azərbaycan Silahlı Qüvvələrinin 1 günlük Əsgəri ! Bizim Can ciyər Qardaşımız Bugün Səhər Səhər Əsgərə Getməliydi.. Amma En Son dəqiqələrində Azərbaycan İnternet Aləmində Öz izini Qoyub Getdi!! Ardına Mütləq Baxın Və İbrət Götürün!
4 Erməni Saytı Hacklandı .

Planet.Am , Haytour.Am , karcomauto.am/news , butterfly.am , http://library.aua.am/WebOPAC/ .. Baxın.. Əgər İndexi Görməsəniz 
http://zone-turk.net/deface_mirror/?id=39844
http://zone-turk.net/deface_mirror/?id=39842
http://zone-turk.net/deface_mirror/?id=39853
http://zone-turk.net/deface_mirror/?id=39854
http://zone-turk.net/deface_mirror/?id=39859

Bu saytlara girib baxa bilərsiniz!


P.S : Kim Vətənpərvərdirsə bu xəbəri hamıya yaysın , Tanışlara bilişlərə desin! desinki Bizim Belə Oğullarımız var!! Saytları olanlarda bu xəbəri öz saytlarında yerləşdirsələr Əla Olar!!



Xəbərlər, Veb usta, Azərbaycan
Rüstəm
İyul 4, 2008 13:45
Baxış sayı: 40
hack 
Şərhlər(0)

Mobilməcələr və ya teleduzluq.

 asd
Azərbaycandan kənarda yaşayan həmyerlilərimizin bir qrupu bizi olduqca maraqlı bir hadisə ilə tanış etdilər. Ardında çox maraqlı bir məqalə! Mütləq oxuyun!
Azərbaycandan kənarda yaşayan həmyerlilərimizdən bir qrupu ANS-ə müraciət edərək olduqca maraqlı bir hadisə ilə bizi tanış etdilər. Fakt özlüyündə çox maraqlı idi. Əslində giley pis rabitədən, Azərbaycanla əlaqə saxlamağın demək olar ki, bəzən ümumiyyətlə mümkün olmamasından idi. Düzdür, Azərbaycanda rabitə uzun müddət bərbad vəziyyətdə olub. Amma bütün bunlar çoxdan olub. 15-20 il əvvəl. Başqa telefona düşmək, səsin çox zəif gəlməsi kimi hallar da yəqin ki, ancaq orta və yaşlı nəsillərin yadında olar. ANS-in əməkdaşı məxsusi olaraq şikayət mövzusu ilə bağlı ezamiyyətə göndərildi. Ezamiyyətdən qayıdandan sonra elə faktlar danışdı ki, necə deyərlər qulaqlarımıza inanmadıq. Elə siz də inanmayacaqsınız yəqin. Baxmayaraq ki, məsələ elə qulaqla bağlıdır. Bizi qulaqlayırmışlar...

Bu miniatür əşyanın adı mobil telefondur. Onun müxtəlif funksiyaları var. Bunları bilirsiniz. Amma sizin bilmədiyiniz funksiyaları da var. Beləliklə, mobilməcələr və onların açması haqqında. Əvvəlcə balaca bir statistika qurusu. Azərbaycanda 4 milyondan artıq mobil abunəçi var. Mobil telefonların sayına görə MDB-də yuxarı yerlərdən birini tuturuq. Amma bu dörd milyon abunəçi həm də potensial qurbandır. Bircə dəqiqə. Yox biz bu dörd milyonun məruz qaldığı şüalanmadan, hansısa zırramanın öz şəhvətini söndürdüyü anı telefonla lentə alaraq hansısa yelbeyin qızın gələcəyini məhv etməsindən danışmayacağıq. Söhbət telefon dələduzlarından və ya teleduzlardan gedəcək.
Mobil telefonla təkcə ölkə daxilində danışmırıq. Təbii ki, xaricdən də Azərbaycana zəng vururuq. Çox vaxt ünvana çətin düşürük. Əsəbiləşirik. Cəhdlərimiz çoxalır. Xaricdən Azərbaycana zəng vura bilməməyimizin acığını yerləşdiyimiz qürbət ölkənin var-yoxunu yad etməklə çıxır, «hayıf deyil Azərbaycan?!» deyə davam edir, nəhayət zəngimiz alınanda uşaq kimi sevinir və uğurlu nəticənin hesabına bir az əvvəlki qanıqaralığımızı yaddan çıxarırıq. Belə, ya da təxminən belə. Əslində ortada böyük bir fırıldaq var. Diqqətlə qulaq assanız, hər şeyi başa düşəcəksiniz, inanıram ki, mən danışdıqca xaricdən Azərbaycana mobil telefonlarla zəng vuranlar «doğrudan e…» deyib barmağını dişləyəcəklər. Amma buna qədər hamımızın bildiyi, daha doğrusu bilməli olduğu çox kiçik, amma bu məsələnin həllində son dərəcə zəruri olan bir məlumat. Daha bir mobil telefon götürün. Öz mobil telefonunuzla onun nömrəsini yığın və aparatın displeyinə, yəni pəncərəsinə baxın. Nə qədər ki, zəng vurursunuz, orda bu söz görünür: «callinq». Və siz cavab düyməsini basana qədər pul yazmır. Elə ki, düyməni basdınız, pəncərədə rəqəmlər görünür və cibiniz işə düşür. Bir köməkçi məlumat da. Adətən normal ölkələrdən zəng vuranda danışdığın, yalnız danışdığın müddətə görə telefon pul yazır. Məşğuldursa, telefon söndürülüb və ya zəng çatmır xəbərdarlıqlarına görə abunəçidən pul çıxılmır. Bura qədər aydın oldu da?! İndi isə: mobilməcəyə və onun açmasına keçirik.

Mənim əziz abunəçim! Sən xaricdən, məsələn lap elə Dubaydan mobil telefonla Azərbaycana zəng vurursan. Telefonu kimsə götürür. Və cavab verir. Sən onu eşidirsən. O isə səni yox. Bax belə.
Bir qədər əziyyət çəkəndən sonra başqa bir nömrəni yığırsan. Qəribədir amma burda da eyni adam cavab verir. Baxmayaraq ki, ayrı ünvanı yığmısan. Bunun da faydası olmur. Və təbii ki, özündən çıxmış sən bütün hirsini öz telefonunun üstünə tökürsən. Yeri gəlmişkən, bu müddət ərzində sənin hər bir cəhdin pul yazıb. Dəxli yoxdur, bu proses bir saniyə vaxtını aparıb, yoxsa on saniyə, bütün hallarda səndən bir dəqiqənin pulu artıq çıxıb. Unutmayaq ki, sən zəngi xaricdən vurursan və bu xidmət çox bahadır. Bir az keçir yenidən zəng cəhdi. Digər bir nömrə. Bu dəfə sənin başına daha bir maraqlı əhvalat gəlir. Başladıq:
Sənə elə gəldi ki, kimlərsə xətdədir. Nəsə danışırlar. Əvvəl təbii ki, nə baş verdiyini anlamaq istəyirsən. Sonra danışıq özü səndən ötrü maraqlı olur. Və istər-istəməz ona qulaq asmalı olursan.Hirslənib necə deyərlər «otboy» verirsən. Növbəti cəhd. Fikir verirsinizsə eksperimental abunəçi eyni nömrəni yığmır. Necə deyərlər ağzına gələn nömrələrə zəng vurur. Bu zəngdən sonra, xahiş edirəm ki, bayaq xatırlatdığım sözü yadınıza salın. Yəni sizin zəng vurduğunuz müddətdə monitorda bu «collinq» sözü görünməlidir. Cavab anında isə rəqəmlər. Beləliklə müşahidəmizə başlayaq:
Bu nədir belə. Axı zəng gedən anda pul yazdığını bildirən rəqəmlər görünməməliydi. Qəribədir. Təbii ki, sizin məqsədiniz zəng vurmaq olduğundan «collinq» kimi söz və ya «start-taymer» kimi xırdalıqlar barədə düşünmək ağlınıza belə gəlmir. Amma tellefon öz işini görür. Diqqətli olsaydınız görərdiniz ki, bu dəfə telefon çağırır, amma sizin telefonunuzda bu proses artıq danışdığınız real proses kimi keçir və deməli burda da kifayət qədər itiririrsiniz. Bir daha xatırladaq: Unutmayın siz zəngi xaricdən edirsiniz! Rominq isə bahalı xidmətdir. Və siz bir neçə dırnaqağarası uğurlu cəhddə filan qədər pul itirirsiniz. Eksperimental abunəçimiz əməliyyatı davam etdirir. Yeni cəhd daha bir maraqlı məqamı üzə çıxarır. Zəng edirik. Bu dəfə səs-səmir yoxdur. Dəstəkdə gözləyirsən. Sənə elə gəlir ki, gec-tez nömrəyə düşəcəksən. Amma bu baş vermir. Dəqiqələr keçir. Gözləyirsən. Bütün bu müddətdə isə telefonun pul yazır və sən danışmadığın saniyələrə, dəqiqələrə görə borclu olursan.

Beləliklə, sizə xaricdə mobil telefonlardan istifadə zamanı rastlaşdığımız 5 situasiyanı danışdım.
1. Birinci variantda «alo, alo!» deyirlər və guya səni eşitmirlər
2. İkincidə kimsə həmişə bu cümləni deyir: «Mansur zəng vuranda xaricdən belə olur və sair!»
3. Üçüncü variantda rəqəmlər haqqında eşidirik.743 və sair…
4. Dördüncü variantda telefon çağırır, amma displeydə rəqəmlər görünür
5. Beşinci variantda isə əvvəlcə dəstəyə sükut çökür, sonra isə «alo» deyir və öz səsinin əks sədasını eşidirsən.

Doğrudur, mən məsələnin ancaq texniki tərəfləri üzərində dayandım. Sizin itirdiyiniz manatlardan danışdım. Amma təbii ki, burda sırf psixoloji, məqamlar da var. Məsələn təsəvvür edin ki, siz nişanlınıza zəng vurmusunuz. Əvəzində bir pəzəvəng kişi cavab verir. Siz qısqanc adamsınız. Bağırırsınz. O isə sakitcə alo deyir. Sonrasını təsəvvür etmək çətin deyil. İndi isə «x»ı tapaq. Əslində bizim ekspkerimental abunəçi o «x»ı, yəni məchul olanı tapıb. Beləliklə, indi sensasiyaya hazır olun: heç demə, sizi eşitməyən də, sükut effekti yaradan da, başqa bir xəttdə düşdyüyünüz təəssüratına səbəb olan da, zəng getdiyini göstərən, amma bunun özünə görə də pul yazan da vur-tut… robotmuş… Bu robotların sayəsində sən xeyli pul itirirsən. Kimsə qazanır. Təbii ki, hədəf sadə, imkansız adamlar deyil. İmkansızlar xaricdən zəng vurmurlar ki… Hər dəfə fərqli adamların səsi və ya sükut. Müxtəlif variantlar. Sənin inanmağın üçün lazım olan bütün kələklər. Bu maxinasiyanın qurbanları dövlət məmurları, nazirlər, iş adamları, bir sözlə hər zəng vuranda telefonunun displeyinə baxmağa macalı olmayan və necə aldadıldığını ağlına belə gətirməyən insanlardır. Təbii ki, o ayın axırında pul ödəyərkən danışdığı nömrələrin siyashısını istəmir. Və ya onun ödənişi aparmaqdan ötrü pul verdiyi adam da belə xırdalığqla maraqlanmır. Nəticədə isə böyük bir dələduzluq özünün çiçəklənmə dövrünü yaşayır. Bunun qarşısını almağın isə cəmi bir yolu var: oxşar situasiyaya düşən hər bir abunəçi öz operatorunu məhkəməyə verə bilər. Bizim eksperimantal abunəçi aldatmağın 5 variantını və ya beş robotu tapıb. Bəlkə daha çoxdur. Amma elə bilirik ki, ayılmaq üçün beş təkan da kifayətdir. Özü də elə təkanlar ki, qulağımızın dibində baş verir. 4 milyon abunəçinin qulağının dibində. 4 milyona baxaq və düşünək: kim nə qədər itirir, kim nə qədər qazanır… halal oslun vallah. Haram olsun.

P. S. Eksperimental abunəçimiz öz eksperimenti müddətində 100 dollardan artıq pul itirdi. Daha doğrusu, dələduzluq edənlər bir neçə dəqiqənin içində təkcə bir nəfərdən100 dollardan artıq pul qazandılar… zəng vuranlar isə bir nəfər deyil, 100 nəfər deyil, 1000 nəfər deyil, hətta 10 min nəfər də deyil. Söhbət 100 minlərdən gedir… və milyonlardan… 100 milyonlardan. Bu isə artvıq oğurlanan manatların göstəricisidir.



Xəbərlər, Mobil dünya
Rüstəm
İyul 4, 2008 0:21
Baxış sayı: 37
mobi 
Şərhlər(0)

Reklam

 sae
Əgər siz də öz saytınızın reklamını burada yerləşdirmək istəyirsinizsə Rusik_70@yahoo.com e-mail ünvanımdan, ya da Admin@maxnet.tk MSN ünvanımdan mənimlə əlaqə saxlayın. Rüstəm.
(Banner hazırlanması: Sadəsi 1 AZN, Animasiyalı 2 AZN)
Yalnız bizdə PULSUZ Reklam mövcuddur!


Xəbərlər
Rüstəm
İyul 3, 2008 13:37
Baxış sayı: 41
reklam 
Şərhlər(0)

Yaz-yay mövsümü-2008: Bakı dəbə uyğunlaşa bilirmi?

asa 
Modelyer Leyla Əhmədova bu mövsümün dəb tendensiyalarından danışıb. Ardında məqalə..
Yay gəldi! Əlbəttə hamıya məlumdur ki, yay-yaz mövsümündə qadınlar daha da cazibədar görünməyə, ətrafdakıların heyran dolu baxışlarını özünə cəlb etməyə çalışır. Buna görə də həm geyim, həm istifadə olunan aksessuarlar - hamısı cəlbedici və əlbəttə ki, dəbə uyğun olmalıdır.
Bu mövsümün dəb tendensiyalarını müəyyən etmək üçün suallarımızı Azərbaycan moda sahəsində istedadlı modelyer Leyla Əhmədovaya ünvanlamağı qərara aldıq.

Leyla xanım yaz-yay mövsümü üçün dəbdə olan rənglər arasında tünd qırmızı (moruq), tünd yasəmən, sarı, yaşıl rəngləri qeyd etdi. Geyimdə istifadə olunacaq parçalar - ipək, kətan, şifon, krep və bütün digər nazik materiallar. Yay mövsümündə kətanın bütün rəngləri çox aktualdır və bütün növ geyimlərdə istifadə oluna bilər. Bijüteriyaya gəldikdə isə bu mövsüm onlar iri və gözəçarpan olmalıdır. Bura iri muncuqlar, sırğalar, qalın bilərziklər aiddir. Bijüteriya həm plastik, həm təbii materialdan, həm də rənglənmiş taxtadan ola bilər. Ayaqqabılarda əsasən dairəvi burunlu, platformalı yay ayaqqabıları dəbdədir.

İş geyimi əlbəttə ki, gündəlik geyimdən seçilməlidir. Əgər işlədiyiniz şirkətdə geyimlə bağlı ciddi tələblər mövcuddursa, geyimdə əsas ofis rəngləri - qara, boz, qəhvəyi və s. saxlanmalıdır. Aktual əlvan rənglər isə aksessuarlarda təzahür edə bilər. Bura həm düymələr, həm əlvan şərflər, həm çantalar, həm də bijüteriya aiddir.

Ziyafət geyimlərində uzun və ya orta uzunluqlu (midi) paltarlar aktualdır. Bu, həm dizdən, həm də dizdən bir qədər aşağı, dar belli paltarlar ola bilər. Parçalar arasından isə ziyafət geyimlərində əsasən tafta və digər incə materiallardan istifadə olunmalıdır.

Yeni mövsümün digər tələblərindən biri - baş geyimləridir. Bu mövsümdə müxtəlif kepkalar, şlyapalar aktualdır. Xatırladaq ki, baş geyimləri yalnız gözəllik üçün nəzərdə tutulmayıb, onlar həmçinin saçlarınızı gün altında yanmaqdan və qurumaqdan qoruyur.

Modelyer Azərbaycan xanımlarının əsasən dəbə uyğun geyindiyini və aktual tendensiyaları həvəslə izlədiklərini bildirdi. Leyla xanım qadınlara daim gözəl və baxımlı olmağı arzuladı və yay mövsümündə özlərini mümkün qədər gündən qorumağı, həmçinin gözəlliklərini itirməmək üçün siqaret çəkən qadınlara tezliklə bu vərdişdən yaxa qurtarmağı məsləhət gördü.



Xanımlar üçün
Rüstəm
İyul 2, 2008 15:48
Baxış sayı: 40
geyim 
Şərhlər(0)

Çempionlar Liqasının püşkü atılacaq

gfh
ÇL-da ölkəmizi təmsil edəcək "İnter"-in rəqibi məlum olacaq.. Ardına baxın...
İyulun 1-də İsveçrənin Nyon şəhərində 2008/2009 mövsümü Avrokubok yarışları ilkin mərhələsinin püşkatma mərasimi keçiriləcək. Çempionlar Liqası və UEFA kubokunda mübarizə aparacaq komandaların rəqibləri məlum olacaq. Əvvəlcə ÇL-da yarışacaq komandaların rəqibləri müəyyənləşəcək. Saat 15.00-da başlanacaq tədbirdə ÇL-nın birinci və ikinci mərhələsinnin püşkü atılacaq. Çempionlar Liqasında ölkəmizi təmsil edəcək “İnter”-in hansı komandalarla qarşılaşa biləcəyi məlumdur. "İnter” ilkin mərhələdə Xorvatiyanın “Dinamo”, Kiprin “Anortosis”, İsveçin “Göteborq”, Latviyanın “Ventspils”, Litvanın “Kaunas”, Finlandiyanın “Tampere Yunayted”, Moldovanın “Şerif”, İrlandiyanın “Droqheda”, Gürcüstanın “Dinamo”, Makedoniyanın “Rabotniçki”, İslandiyanın “Valyur”, Slovakiyanın “Artmediya Petrjalka”, Sloveniyanın “Domjale”, Bosniya və Herseqovinanın “Modritsa” klubları ilə qarşılaşa bilər. Əgər ilk rəqibi məğlub edə bilsə, ikinci mərhələdə “İnter”in “Reyncers” (Şotlandiya), “Dinamo” (Ukrayna), “Anderlext” (Belçika), “Fənərbaxça” (Türkiyə), “Panatinaikos” (Yunanıstan) və “Bazel” (İsveçrə) kimi güclü komandalarla qarşılaşmaq ehtimalı var.

Çempionlar Liqası
Birinci seçmə mərhələ: “Artmediya Petrjalka” (Slovakiya), “Dinamo” (Xorvatiya), “Anortosis” (Kipr), “Göteborq” (İsveç), “Domjale” (Sloveniya), “Modritsa” (Bosniya və Herseqovina), “Ventspils” (Latviya), “Kaunas” (Litva), “Tampere Yunayted” (Finlandiya), “Şerif” (Moldova), “Droqheda” (İrlandiya), “Dinamo” (Gürcüstan), “Rabotniçki” (Makedoniya), “Valyur” (İslandiya), BATE (Belarus), “Dinamo” (Albaniya), “Levadiya” (Estoniya), “Pünik” (Ermənistan), “İnter” (AZƏRBAYCAN), “Aktobe” (Qazaxıstan), “Linfild” (Şimali İrlandiya), “Lianelli” (Uels), “Runavik” (Farer adaları), “Düdelanj” (Lüksemburq), “Valletta” (Malta), “Buduçnost” (Çernoqoriya), “Santa Koloma” (Andorra), “Murata” (San Marino)
İkinci seçmə mərhələ: “Reyncers” (Şotlandiya), “Dinamo” (Ukrayna), “Anderlext” (Belçika), “Sparta” (Çexiya), “Fənərbağça” (Türkiyə), “Panatinaikos” (Yunanıstan), “Bazel” (İsveçrə), “Brann” (Norveç), “Beytar” (İsrail), “Partizan” (Serbiya), “Olborq” (Danimarka), “Rapid” (Vyana, Avstriya), “Visla” (Krakov, Polşa), MTK (Macarıstan)
Üçüncü seçmə mərhələ: “Barselona”, “Atletiko” (hər ikisi - İspaniya), “Arsenal”, “Liverpul” (hər ikisi - İngiltərə), “Yuventus”, “Fiorentina” (hər ikisi - İtaliya), “Marsel” (Fransa), “Şalke” (Almaniya), “Vitoriya” (Portuqaliya), “Styaua” (Rumıniya), “Tvente” (Hollandiya), “Spartak” (Rusiya), “Şaxtyor” (Ukrayna), “Standard” (Belçika), “Slaviya” (Çexiya), “Qalatasaray” (Türkiyə), “Olimpiakos” (Yunanıstan), “Levski” (Bolqarıstan)
Qrup mərhələsi: “Mançester Yunayted”, “Çelsi” (hər ikisi - İngiltərə), “Real”, “Vilyareal” (hər ikisi - İspaniya), “İnter”, “Roma” (hər ikisi - İtaliya), “Lion”, “Bordo” (hər ikisi - Fransa), “Bavariya”, “Verder” (hər ikisi - Almaniya), “Portu”, “Sportinq” (hər ikisi - Portuqaliya), “Kluj” (Rumıniya), “PSV Eyndhoven” (Hollandiya), “Zenit” (Rusiya), “Seltik” (Şotlandiya)
Oyunların keçirilmə tarixləri
Birinci seçmə mərhələ
İlk oyunlar: 15/16.07.2008
Cavab oyunları: 22/23.07.2008
İkinci seçmə mərhələ
İlk oyunlar: 29/30.07.2008
Cavab oyunları: 05/06.08.2008
Üçüncü seçmə mərhələ
İlk oyunlar: 12/13.08.2008
Cavab oyunları: 26/27.08.2008
Qrup oyunları
16/17.09.2008
30.09/01.10.2008a
21/22.10.2008
04/05.11.2008
25/26.11.2008
09/10.12.2008
1/8 final
İlk oyunlar: 24/25.02.2009
Cavab oyunları: 10/11.03.2009
1/4 final
İlk oyunlar: 07/08.04.2009
Cavab oyunları: 14/15.04.2009
1/2 final
İlk oyunlar: 28/29.04.2009
Cavab oyunları: 05/06.05.2009
Final
27.05.2009



Xəbərlər
Rüstəm
İyun 28, 2008 22:19
Baxış sayı: 39
futbol 
Şərhlər(0)

Lətifələr.

 huhu
Heç vaxt gülüş üzünüzdən
əksik olmasin

Sizlərə maraqli lətifələr
təqdim edirəm
Şən
Ardında 17 lətifə var...

1. İki dəli xəstəxanadan qaçmağa qərar verirlər. Gecə planlarını yerinə yetirib qaçırlar. Sabahsı gün təzədən qayıdırlar. Digər dəlilər bunlardan soruşurlar:
- Niyə qayıtdınız?
- Bu gün planı yoxladıq. Sabah qaçacağıq.


2. Bir gün yoxlama gəlir dəlixanaya ağıllanan dəliləri evə göndərsin. Yoxlama dəliləri yığıb bir sual verir:
- Deyin görüm vannada balıq tutmaq olarmı?
Hamı deyir ki, olar. Təkcə biri deyir olmaz. Yoxlama həmin dəlini azad edir.
Dəli evə gələndə valideynləri soruşur:
- Səni nə yaxşı buraxdılar?
Dəli dillənir:
- Soruşdular ki, vannada balıq tutmaq olar?
Valideynləri:
- Bəs sən nə dedin, ağıllı balam?
Dəli:
- Dəli zad deyiləm ki, deyim yerini onlar da balıqları tutsunlar.


3. Sən pirajnanı niyə yemirsən. Qorxursan ki, paltara yerləşməzsən???
- Paltar problem deyil. Problem liftdir.


4. İki dost görüşür. Biri digərinə:
- He-he-he-e-e-e-ç ba-a-a-a-ş-a dü-ü-ü-ü-şə bil-mi-mi-rəm ki, ni-ni-yə mə-ə-ə-nim te-le-e-e-fon şir-kə-ə-ə-tim mə-ə-ə-nə-ə-ə ən ya-a-axşı ab-o-o-o-nenti-i-i ki-i-i-i-mi müka-a-fat ve-e-e-rib?


5. Bir nəfər Sibirdə havanın hərarəti mənfi 60 dərəcə olduğunu eşidir. O buna inanmır və dostuna zəng edir:
- Qulaq as, deyirlər siz tərəfdə 60 dərəcə soyuqdur hava.
- Yox, təxminən mənfi 25-30 dərəcə.
- Həəə, amma deyirlər mənfi 60 dərəcədir.
- Yox, çöldə ola bilsin mənfi 60 dərəcədir.


6. Bir qadın öz rəfiqələrinə danışır:
- Təsəvvür edirsiz???. Yatdığım yerdə birdən görürəm səs gəlir.
İşığı yandıran kimi tanış olmayan birini görürəm.
Ona dedim ki, 2 saatdan sonra burda görmüyüm səni


7. Komandir tağımın əsgərlərini bir sıraya düzür. Ciddi-ciddi baxıb:
- Sıravi Əliyev, sıradan çıxın, - deyə əmr edir.
Əliyev gürultu ilə yerə tirtap sərilir.
Komandir:
- Nə oldu ona?
- Sıradan çıxdı...


8. ABŞ-da yeni güllə icad ediblər. Hədəfə güllənin gilizi yox, avtomatın özü dəyir.


9. İki rəfiqə telefonla danışır:
- Bilirsən, biz Məmmədlə bir-birimizi sevirik.
- Yaxşı qurtaranda zəng edərsən


10. İki tələbə sessiya əvvəli:
- Nə oxuyursan?
- Kvant fizikası...
- Bəs niyə kitabı baş-ayaq tutmusan??
- Əşi nə fərqi var eee.


11. Müəllim-müəllimə deyir:
-Mənim sinfim savadsız uşaqlarda doludur. Teoremi izah edirəm başa düşmürlər. İkinci dəfə izah etdim, yenə də başa düşmürlər. Üçüncü dəfə izah etdim, mən başa düşdüm, amma onlar başa düşmədilər.



12. Abituriyent imtahandan gəlir. Valideynləri sevincək halda onun üzərinə atılırlar:
- Hə, necə keçdi?
- Heç, imtahan götüən dindarın biri idi. Mən hər dəfə cavab verəndə deyirdi: - Aman allah!!!


13. Ana oğlundan soruşur:
-Nəsə mən sənin gündəliyini görmürəm.
-Gündəliyimi Həsən götürüb, valideynlərini qorxudmaq üçün


14. Uşaq evə gəlib valideynlərinə deyir:
-Bilmirəm nə ilə mənim müəllimimin xoşuna gəlmisiz o, sizi bir daha görmək istəyir.


15. Günün birində Molla evə gəlib baxır ki, içəridə oğru var. Oğru Molladan qorxur, Molla oğrudan. Bir müddət ikisi də donub qalır. Handan hana oğru özünə gəlib qaçmaq istəyir. Molla çar-naçar atılır oğrunun üstünə. O bunu yıxır, bu onu yıxır, axırda Molla oğrunu üstələyir, ayaqlarını bağlayır, uzadır evin ortasına. Özü də gedir hakimin yanına ki, xəbər versin, gəlib onu tutsunlar.
Hakim Mollanı ətraflı danışdırıb əhvalatı öyrənəndən sonra soruşur:
-Bəs indi oğrunun yanında kim var?
Molla deyir:
-Heç kim.
Hakim soruşur:
-Yaxşı, sən deyirsən ki,onun ancaq ayaqlarını bağlamısan, yanında da heç kəs yoxdur, əlləri də açıqdır. Ayaqlarını açıb qaçar ki....
Molla fikrə gedir. Görür ki, hakim haqlıdır. Deyir:
-Hakim ağa, sən tamam haqlısan. Ancaq bu ki, mənim ağlıma gəlməyib, heç onun da ağlına gəlməyəcək. O da bizim yerlidir.
Doğrudan da gedib görürlər ki, ayaqlarını açıb qaçmaq oğrunun ağlına gəlməyib.


16. Ata ölüm ayağında ikən övladlarını çağırıb deyir:
- Süpürgəni açın.
Açdılar.
- Çöplərini sındırın.
Sındırdılar.
- İndi isə yenidən bağlayıb sındırmağa cəhd edin!
Sındırdılar.
- Lənət sizə,bu dunyaya eşşək gəlib eşşəkdə gedəcəksiz


17. İki fransız rastlaşır:
- Jan, xəbəriniz var?
- Nədən?
- Sizin arvadınız məni kiminləsə dəyişmək istəyir



    Yumor
    Rüstəm
    İyun 26, 2008 20:13
    Baxış sayı: 51
    yumor 
    Şərhlər(1)

    Azərbaycanın Silahlı Qüvvələri ən yüksək standartlara cavab verir və bu, təqdirəlayiqdir!

    ght 
    Xarici ölkələrin Azərbaycandakı səfirliklərinin hərbi attaşeləri «Azadlıq» meydanında keçirilmiş hərbi paradı yüksək qiymətləndirib. Ardında ətraflı.....
    Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdin biri – Pakistanın hərbi attaşesi Məhəmməd Şahid Şərif ANS Pressə bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin iştirakilə keçirilmiş hərbi parad çox yüksək səviyyədə təşkil olunub. Cənab Şərifin sözlərinə görə, onun ölkəsi Azərbaycanla hərbi sahədə əməkdaşlığı uğurla davam etdirmək niyyətindədir. Məhəmməd Şahin Şərif qeyd edib ki, bugünki parada nümayiş etdirilmiş texnika, şəxsi heyət onu göstərir ki, Azərbaycanın Silahlı Qüvvələri gündən günə güclənir və təhlükəsizliyin təminatında öz sözünü deməyə qadir olan bir qüvvəyə çevrilir!

    Ukraynanın Azərbaycandakı hərbi attaşesi Valeri Venger isə ANS Pressə bildirib ki, bu gün canlı şahidi olduğu paraddan o belə bir qənaətə gəlib ki, Azərbaycanın Silahlı Qüvvələri ən yüksək standartlara cavab verir. «Nümayiş etdirilmiş hərbi texnika, sursat və şəxsi heyət dövlətin, Ali Baş komandanın diqqəti və yüksək dərəcədə maliyyələşmə ilə onu deməyə əsas verir ki, Azərbaycan Ordusu qarşıya qoyulan ən çətin məqsədlərə və verilən ən yüksək əmrləri peşəkarcasına yerinə yetirməyə, ərazi bütövlüyünü bərpa etməyə, dövlətçiliyi qorumağa tam qadirdir. Burada birbaşa Azərbaycan Prezidenti və Ali Baş Komandanı İlham Əliyevin səyləri özünü göstərir. O, Silahlı Qüvvələrin potensialının artırılmasına çox böyük diqqət yetirir və bu da təqdirəlayiqdir! Üstəlik, İlham Əliyevin hərbi qulluqçuların sosial təminatına dair verdiyi son qərarın özü də hərbçilərin rifahının yaxşılaşdırılmasında mühüm müsbət rol oynayacaq. Bugünki parada çoxlu sayda hərbi attaşenin iştirakı bir daha onu göstərir ki, Azərbaycanın hərbi potensialının artırılması xarici ölkələrdə böyük maraq doğurur. Ukrayna həmişə Azərbaycanın yaxın strateji tərəfdaşı olub və biz Azərbaycanın uğurlarına sevinirik»! Hərbi attaşe Valerii Venger ANS Press vasitəsilə Azərbaycan Silahlı Qüvvələrini 90-illik yubiley münasibətilə təbrik də etdi.

    Qazaxıstanın Azərbaycandakı hərbi attaşesi Rımbek Tursaqatov ilk əvvəl Azərbaycan xalqını və hərbçilərini Hərbi Qüvvələrin 90-illik yubileyilə təbrik etdi. «Məhz 90 il əvvəl, 1918-ci il iyunun 26-da Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə Milli ordusunun formalaşdırılması başlandı. Bu cür əlamətdar tarixdə belə yüksək səviyyədə təşkil edilmiş hərbi parad bir daha onu göstərir ki, Azərbaycan Ordusuna diqqət yüksək səviyyədədir. Bu parad bir daha Azərbaycanın hərbi imkanlarını əyanə sübut etdi. Şəxsi heyət isə peşəkarlıqla seçildi».

    ABŞ-ın hərbi attaşesinin mövqeyini səfirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Conatan Henik çatdırdı. «Təbii ki, son 11 il ərzində ilk hərbi parad çox həlledici tədbir idi. Biz Azərbaycanla strateji müttəfiqik. İraqda, Əfqanıstanda və başqa yerlərə hərbi əməkdaşlıq edirik. Azərbaycanın çox güclü ordusu var. Bu bayramda Azərbaycanın bütün Silahlı qüvvələrini, xüsusilə əskərlərini təbrik etmək istəyirik və bayramınız mübarək deyirik».

    Hərbi paradda iştirak etmiş Rusiyanın Azərbaycandakı hərbi attaşesinin mövqeyini öyrənməyə çalışsaq da, səfirlikdən bizə bildirdilər ki, parad barədə hər hansı mövqeyi Rusiyanın Müdafiə nazirliyi açıqlaya bilər.



    Xəbərlər, Azərbaycan
    Rüstəm
    İyun 26, 2008 19:46
    Baxış sayı: 46
    azərbaycan 
    Şərhlər(0)

    Bu gecə bir çox rayona güclü yağış yağıb...

    hbh 
    Ayın 22-dən 23-nə keçən gecədə, yəni Yayın ilk günündə Azərbaycanın böyük bir hissəsinə yağış yağdı...Hidrometeoroloqlar hava şəraitinin həftənin sonunadək sabitləşəcəyini proqnozlaşdırır. Ardında ətraflı...
    Bu gecə ölkənin bir çox rayonuna güclü yağış yağıb. Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyevanın ANS-ə verdiyi məlumata görə, gecə saatlarında ən çox yağıntı Böyük Qafqazın rayonlarında, Qəbələ-İsmayıllı zonasında müşahidə olunub - 36-39 mm. Bəzi aran rayonları Tovuz, Zərdab, Salyana da 14-18 mm-dək yağıntı düşüb. Bu, da aylıq nomanın təxminən yarısına qədərdir.
    Sinoptiklərin proqnozuna görə, ölkə ərazisində ayın 25-dək qeyri-sabit hava şəraiti müşahidə olunacaq, əsasən gecə və axşam saatlarında qısamüddətli yağışlar gözlənilir. Həftənin 2-ci yarısında isə hava şəraiti sabitləşəcək, temperatur yenidən həftənin əvvəlinə nisbətən 4-5 dərəcə yüksələkəcək. Havanın hərarəti payxtatda sabah müsbət 26 dərəcə, ayın 25 günortadan başlayaraq 32-35 dərəcəyədək yüksələcək./ANS TV/



    Bölməsiz
    Rüstəm
    İyun 23, 2008 16:40
    Baxış sayı: 38
    xəbər 
    Şərhlər(0)

    AVRO 2008-də Türkiyə milli komandası bu gün Xorvatiya ilə qarşılaşacaq. Bu sözlər bitdi!

     
    futbol
    Oyunu İtaliyalı hakimlər idarə edəcək....Bu sözlər bitdi! 
    Artıq Türkiyə Yarım finaldadır! 
    Ardına baxmasanız da olar... 
    İstəyən baxsın hamısı .cəklərdi Şən 
    futbol 
    Bu gün Avstiryanın paytaxtı Vyanadakı Ernst Happel stadionunda AVRO 2008-də ¼ final mərhələsinin ikinci oyununda Türkiyə və Xorvatiya milliləri qarşılaşacaq. Oyunu İtaliyalı hakimlər idarə edəcək. Baş hakim Roberto Rozetti, onun yardımçıları isə Alessandro Grisselli və Paolo Calcaqnodur. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlanacaq. Bu oyunun qalibi (TÜRKİYƏ) 25 iyunda keçiriləcək yarımfinal oyununda, Portuqaliyanı 3-2 məğlub edən Almaniya ilə qarşılaşacaq.
     Bu sözlər bitdi! Artıq Türkiyə yarım finaldadır!
       TÜRKİYƏ 1:1 Xorvatiya
    p.3:1


    Xəbərlər
    Rüstəm
    İyun 20, 2008 13:44
    Baxış sayı: 50
    xəbər 
    Şərhlər(0)

    Counter-Strike Mobile!

    oyun
    Counter-Strike oyununun mobil versiyası! Ardına baxın.
    oyun
    Counter-Strike oyununun mobil versiyası! Buyurun yükləyin!


    Mobil dünya
    Rüstəm
    İyun 19, 2008 17:18
    Baxış sayı: 49
    mobil 
    Şərhlər(0)

    Bu gün Avropa Çempionatının ilk yarımfinalçısı məlum olacaq.

    euro2008 
    1/4 final mərhələsinin ilk oyununda Portuqaliya və Almaniya yığma komandaları üz-üzə gələcək. Ardında ətraflı...
    euro2008 
    Bu gün futbol üzrə Avropa Çempionatının ilk yarımfinalçısı məlum olacaq. Belə ki, 1/4 final mərhələsinin ilk oyununda Portuqaliya və Almaniya yığma komandaları üz-üzə gələcək. Almanlar üçün bu görüş çox çətin olacaq. Çünki komanda matç öncəsi bir sıra ciddi kadr problemləri ilə üzləşib. Əsas heyətin iki futbolçusu- yarımmüdafiəçi Torsten Frinks və 3 qolla komandanın ən məhsuldar hücumçusu Lukas Podolskinin bugünkü oyunda meydana çıxması böyük sual altındadır. Millinin baş məşqçisi Yoahim Löv diskvalifikasiya olunaraq, bu oyunu azarkeşlər arasında izləməli olacaq. Xatırladaq ki, o, qrup mərhələsinin sonuncu turunda, hakimin qərarına etiraz etdiyi üçün meydandan qovulmuşdu.

    UEFA isə mütəxəssisə daha ağır cəza verərək, onu daha bir oyunluq texniki zonaya buraxmayıb. Bununla belə xoş xəbər də var. Bu, Xorvatiya ilə oyunda qırmızı vərəqə alaraq cəzalı vəziyyətə düşmüş Bastian Şvanştayngerin adı ilə bağlıdır. Futbolçu cəza müddətini başa vuraraq, bu gün komandasına kömək edə biləcək.

    Əks düşərgədə isə vəziyyət bir xeyli ürəkaçandır. Belə ki, baş məşqçi Luis Felipe Skolari bu gün meydana ən optimal heyəti çıxaracaq. Hücum xəttinin əsasını Simao Sabroza, Nuno Qomeş və Kriştiano Ronaldo triosu təşkil edəcək ki, bu üçlük istənilən müdafiə üçün başağrısı ola bilər. Xatırladaq ki, bu yığma komandalar arasında sonuncu görüş, 2006-cı il Dünya Çempionatının 3-cü yer uğrunda oyununda baş tutmuşdu. Burada isə meydan sahibləri almanlar 3-1 hesabı ilə qalib gələrək, bürünc medallara sahib olmuşdular.






    Xəbərlər
    Rüstəm
    İyun 19, 2008 17:05
    Baxış sayı: 46
    xəbər 
    Şərhlər(0)

    DJ RomA!

    musiqi
    Dj RomAdan gözəl bir mahnı! Ardında yükləmə var!
    musiqi
    Dj RomAdan gözəl bir mahnı! Buyurun yükləyin!


    Musiqi
    Rüstəm
    İyun 18, 2008 12:40
    Baxış sayı: 53
    musiqi 
    Şərhlər(0)

    Özbəkistandan piyada Həcc ziyarətinə gedən Hacı Əbdu Səttar Azərbaycana çatıb.

    hacı 
    Artıq üçüncü dəfədir ki, Məkkəni ziyarət edəcək Hacı Əbdu məqsədinin ərəb dilini öyrənmək və Quranı bu dildə oxumağı bacarmaq olduğunu deyib.
    hacı 
    Hər il ölkməizdən keçən xeyli zəvvar müqəddəs torpaqlara üz tutur. Bu zəvvarların bir çoxu müqəddəs səyahətə piyada başlayır. Onlar Azərbaycanın cənub regionlarindan İrana keçərək yollarına davam edirlər.

    Müqəddəs torpaqları görmək həsrəti ilə ölkəsindən yola düşən Hacı Əbdu Səttar artıq ölkəmizdədir. 61 yaşlı bu zəvvar aprelin 12-də Özbəkistanın Daşkənd vilayətindən yola düşüb. Artıq 3-cü dəfədir ki, Məkkəni ziyarət edəcək Hacı Əbdu Səttar ölkəmizə Qazaxıstandan gəmi vasitəsilə gəlib. Hacı, Məkkəni ziyarət etməyin hər bir müsəlmanın borcu olduğunu deyərək ziyarətin məqsədini belə açıqlayıb: "Bu gedişdə məqsədim ərəb dilini öyrənmək və Quranı bu dildə oxumağı bacarmaqdır. Daha sonra övdladlarıma da öyrədəcəyəm. Onlar bilməlidirlər ki, Allah insanlara necə kömək edir. Elə mənə də kömək etdi. Bəli, bu yolda Allah mənə çox kömək etdi”.
    Haci bildirir ki, Allah qismət etsə, buradan İrana, daha sonra Türkiyəyə, Türkiyədən Suriyaya, oradan isə Səudiyyə Ərəbistanı sərhədlərinə yaxınlaşacaq. Qeyd edək ki, bu il Həcc ziyarəti mövsümü dekabr ayında başlayacaq. Hacı Səttar da bu müddətə kimi Məkkyə çatacağına ümid edir. Hacı Əbdu Səttar Azərbaycan xalqının çox qonaqpərvər olduğunu da vurğulayıb:"Başqa ölkələrdən fərqli olaraq Azərbaycanda olduğum müddət ərzində bir dəfə belə olsun mehmanxanada gecələməmişəm. Çünkü məni görənlər evlərinə qonaq apararaq, onlarda gecələməyimi xahiş edirlər”.








    Xəbərlər, Digər
    Rüstəm
    İyun 18, 2008 11:44
    Baxış sayı: 53
    islam 
    Şərhlər(0)

    MSN-də Mahnı!

    proqram
    MSN-də mahnıya qulaq asmaq istəyirsiniz? Ardına baxın.
    proqram
    MSN-də mahnıya qulaq asmaq istəyirsiniz? Elə isə bunu yükləyin


    Proqramlar
    Rüstəm
    İyun 9, 2008 13:46
    Baxış sayı: 78
    proqram 
    Şərhlər(0)

    Ölkədə kompüter bilicilərinin yarışı keçiriləcək.

    xeber 
    Qaliblər, Almaniyaya yollanaraq, orada öz istedadlarını nümayiş etdirmək imkanı qazanacaqlar.
    xeber 
    Gənclər və İdman Nazirliyi Kompüter Oyunları Milli Assosiasiyası ilə birgə yenə kompüter bilicilərinə öz bacarıqlarını nümayiş etdirərək qalib gəlib. Bu isə Azərbaycana Almaniyada keçiriləcək yarışa qoşulmaq şansı verir. Qeyd etmək lazımdır ki, milli Cempionat Kompyuter oyunları üzrə Dünya Cempionatının secmə turu statusu ilə təşkil edilir. Bundan öncə keçirilən 1 və 2-ci Milli Çempionatın qalibləri İtaliyanın Montso və ABŞ-ın Sietl şəhərlərində keçirilən kompyuter oyunları üzrə Dünya çempionatında uğurla iştirak ediblər.
    Bu dəfə isə qaliblər Almaniyaya yollanaraq, orada öz istedadlarını nümayiş etdirmək imkanı qazanacaqlar.
    Keçirilən çempionatın məqsədi gənclər arasında yeni informasiya texnologiyalarının təbliğ olunmasından, kompyuter oyunlarını inkişaf etdirməkdən, eləcə də gənclərin asudə vaxtının səmərəli və mənalı təşkil edilməsində yeni üsulların tətbiq edilməsindən ibarətdir.
    Çempionatda keçirilən hər bir oyun növü üzrə 1, 2, 3-cü yeri tutmuş qaliblər Gənclər və İdman Nazirliyi tərəfindən təsis edilmiş diplom və hədiyyələr qazanmaqla bərabər, sponsorlar tərəfindən də təqdim edilən hədiyyələrlə mükafatlandırılacaqlar.
    Çempionatda yaşı 14-29-a dək olan gənclər iştirak edə bilər.
    Kompyuter oyunları üzrə 3-cü Milli Çempionatın seçmə turu 12-15 iyun, final mərhələsi isə 18-20 iyun tarixlərində keçiriləcək.






    Xəbərlər
    Rüstəm
    İyun 9, 2008 13:34
    Baxış sayı: 68
    xəbər 
    Şərhlər(0)

    Azərbaycan prezidenti ilə Ermənistan prezidentinin görüşü başa çatıb.

    xəbər 
    Bu barədə APA-ya açıqlamasında Azərbaycan prezidentinin mətbuat xidmətinin rəhbəri Azər Qasımov bildirib. Ardında Ətraflı...
    xəbər 
    Bu gün Sankt-Peterburqda Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyanın görüşü artıq başa çatıb. Bu barədə APA-ya açıqlamasında Azərbaycan prezidentinin mətbuat xidmətinin rəhbəri Azər Qasımov bildirib. Onun sözlərinə görə, görüşdən sonra hər iki ölkənin xarici işlər nazirləri dövlət başçılarının apardıqları danışıqlar barədə şərh veriblər.
    Qeyd edək ki, Konstantinovsk Sarayında keçirilən görüşdə iki ölkənin xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan, ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.
    Xatırladaq ki, hər iki dövlət başçısı MDB-nin qeyri-rəsmi sammitində və 12-ci beynəlxalq iqtisadi forumda iştirak etmək üçün Sankt-Peterburqdadır.



    Xəbərlər, Azərbaycan
    Rüstəm
    İyun 6, 2008 14:33
    Baxış sayı: 70
    xəbər 
    Şərhlər(0)

    Şəkidəki qasırğa Xan sarayı memarlıq abidəsini təhlükə ilə üz-üzə qoyub.

    xan sarayi 
    Mütəxəssislərin fikrincə, təhlükəsizlik tədbirləri görülməsə ətrafdakı nəhəng çinarlar güclü küləyin təsirindən aşaraq sarayın üzərinə düşə bilər. Ardında ətraflı...
    xan sarayi 
    Şəki şəhərində dünyanın ən unikal memarlıq abidələrindən sayılan Xan sarayı məhv olmaq təhlükəsi ilə qarşılaşa bilər. Yerli mütəxəssislər bir neçə gün əvvəl Şəki ərazisində dağıntılarla nəticələnmiş güclü qasırğadan sonra bu qənaətə gəlib. Belə ki, Xan sarayının qarşısında XV əsrə aid iki nəhəng çinar ağacı var. Baş vermiş qasırğa zamanı Şəkidə 100-ə dək ağac kökündən çıxıb evlərin, avtomobillərin üzərinə düşsə də, xoşbəxtlikdən fəlakət bu çinarlardan yan keçib. Elə XVIII əsr Azərbaycan memarlığının klassik nümunəsi olan Xan sarayından da təsadüf nəticəsində təhlükə ötüşüb. Əks təqdirdə, yəni çinar ağaclarının küləyin təsirindən aşması, qiymətli tarixi abidənin birdəfəlik məhvi ilə nəticələnə bilərdi.
    “Xoşbəxtlikdən həmin qasırğa nəticəsində bizim tarixi abidələrə, eyni zamanda Şəki Xan sarayına heç bir ziyan dəyməyib. Qoruq ərazisində ağaclardan yıxılması hadisələri də olmayıb” – deyə Şəki Dövlət Tarix Memarlıq Qoruğunun direktoru Nemət Hacıyev bildirib.
    Amma mütəxəssislər belə bir təbiət hadisəsinin yenə də baş verəcəyini və nəhəng çinarların da güclü küləyin təsirindən aşaraq Xan sarayının üzərinə düşəcəyini istisna etmir. Hər halda, belə ehtimalların mövcud olduğu bir şəraitdə təhlükəsizlik tədbirlərinin görülməsinə ehtiyac duyulur. Şəki ekologiya və təbii sərvətlər şöbəsinin baş məsləhətçisi Namiq Yusifovun sözlərinə görə, Xan sarayının qarşısında olan çinarlar Qırmızı kitaba salındığından onları kəsmək qadağandır. Eyni zamanda, ağacların bina üçün hələlik təhlükəsi yoxdur.
    Qeyd edək ki, Şəki Xan sarayında Almaniya şirkəti tərəfindən 2002-2004 cü illərdə əsaslı təmir və bərpa işləri aparılıb. Sarayın qarşısındakı Şərq çinarları isə 1530-cu ildə əkilib və gövdəsinin eni 7, hündürlüyü 34 metrdir.








    Xəbərlər
    Rüstəm
    İyun 5, 2008 11:29
    Baxış sayı: 72
    xəbər 
    Şərhlər(0)

    İmage Cut

    Proqram
    Şəkilləri istədiyiniz yerdən asanlıqla kəsməyə və bir neçə əlavə iş görməyə kömək edən maraqlı bir proqram. Webmasterlərin işinə yaraya bilər.. 
    Proqram
    Şəkilləri istədiyiniz yerdən asanlıqla kəsməyə və bir neçə əlavə iş görməyə kömək edən maraqlı bir proqram. Webmasterlərin işinə yaraya bilər.. 


    Proqramlar
    Rüstəm
    İyun 4, 2008 23:29
    Baxış sayı: 78
    proqram 
    Şərhlər(0)

    Cross the river!

    oyun

    Maraqlı və olduqca məntiqi bir oyun! Maraqlıdırsa Ardına Baxın... 

     

    oyun
    Maraqlı və olduqca məntiqi bir oyun! Buyurun yükləyin!


    Oyunlar
    Rüstəm
    İyun 4, 2008 23:14
    Baxış sayı: 80
    oyunlar 
    Şərhlər(0)

    Günün şəkli!:)

    g:)lməli
    g:)lməli
    Günün şəkli! Buyurun baxın!


    Şəkillər
    Rüstəm
    İyun 4, 2008 18:57
    Baxış sayı: 82
    image 
    Şərhlər(0)

    Niyə son iki "Avroviziya" müsabiqəsində Türkiyədən Ermənistana 12 və 10 xal verildi?

    xəbər 
    Əsrin əvvəllərində ermənilərin bu ölkəyə xəyanət etdiyini və arxadan türkləri vurduqlarını unutmamaq lazımdır
    xəbər 
    İki ildir "Avroviziya" mahnı müsabiqəsində Türkiyədən Ermənistana 12 və 10 xal verilib. Bilirəm, Azərbaycanda bu vəziyət çox təəcüblə qarşılanmışdır. Necə ola bilər ki, sözdə “erməni soyqırımı” ilə ermənilər Türkiyəni günahlandıracaq, dünyada məclislərdə alınan qərarlarla Türkiyəni bir küncə sıxışdırmağa çalışacaq, amma Türkiyə Ermənistana 12 və 10 xal verəcək. Belə baxanda məntiqə tərs gələn bir şeylərin olduğunu düşünürsən. Əslində məntiqə tərs gələn bir şey yoxdur. Bu vəziyyəti aşağıda açıqlamağa çalışacağam.

    1. Osmanlı Dövləti ermənilərin öz dövlətlərinə xəyanəti nəticəsində bu milləti sürgün etməyə qərar verdi. Sürgün nəticəsində bir çox erməni uşaqlar yollarda zərər görməsin deyə türk ailələr tərəfindən bu uşaqlara sahib çıxıldı. Yenə də türklər öz insanlığını göstərib. O uşaqların çoxuna türk ailələr baxıblar və adını da türk adı qoyublar. Hətta çoxu da müsəlman kimi böyüdülüb. Həmin uşaqlar bəlli yaşdan sonra əslən erməni olduqlarını öyrəniblər. Ayrıca o dönəm bir çox erməni adını dəyişdirərək, türk adından istifadə edib bu sürgündən qurtulmağa çalışıb. Əsrin əvvəlində bu vəziyyətdə 10 000 nəfər olan erməni 90 il sonra neçə nəfər olmuşdur, ona siz qərar verin. Demək, "türk" adında olan Türkiyədə çox erməni var.

    29 May 2008 tarixində Türkiyədə çıxan "Vətən" qəzetində “Yenidən Erməni olmak için məhkəməyə getdi” başlıqlı məqalə çıxıb: "Vətən" qəzeti,29 may 2008-ci il. Bu məqalədən də görünür ki, Kazım Akıncı adında bir vətəndaş erməni və xristian olmaq üçün məhkəməyə müraciət edir.

    31 May 2008 tarixində yenə Türkiyədə çıxan "Vətən" qəzetində “Türk tarihçiye ABD-de ilginç görev” başlıklı məqalə çıxdı.
    "Vətən" qəzeti.31 may 2008-ci il.

    Ayrıca, Türkiyə Cumhuriyyəti Baş naziri də Türkiyədə qaçaq olaraq 80 000 erməninin işlədiyini söylədi. Bu ermənilərin hamısının Türkiyə telefon şirkətlərinin xəttini istifadə etdiyini və Ermənistana səs göndərdiyini də unutmayaq.

    2. Türkiyədə sol və ya kommunizmi istəyən düşüncələr var. Bu düşüncəli insanlar insanların qardaşlığına inanır və ermənilərin günahsız olduğunu düşünür və ermənilərin bəzi imperialist ölkələr tərəfindən istifadə edildiyinə inanır. Ancaq niyə ermənilərin özlərini istifadə etdirdiklərinə baxmırlar və ermənilərin bütün qonşuları ilə problemi olduğuna və ermənilərin qanlarında olan vəhşilikləri (Azərbaycanda 1992-ci ildə Xocalıda etdikləri vəhşilikləri) görmürlər? Əsrin əvvəllərində ermənilərin bu ölkəyə xəyanət etdiyini və arxadan türkləri vurduqlarını unudurlar.

    Nəticə olaraq Türkiyədən gördüyünüz hər Mustafanın, Kazımın türk olduğunu düşünməyin. Bunu yazaraq sizləri şübhələndirmək istəmirəm, amma diqqət etməkdə fayda olduğunu görürəm. Heç bir müsəlmanın erməni olamayacağına inanmayın. Çünkü Türkiyədəki adı türk olan ermənilər biraz da radikal müsəlmandırlar..

    12 və 10 xal verənlər yuxarıda saydıqlarımdır.

    Amma bunu da bilmək lazımdır ki, ilk dəfə Azərbaycan "Avroviziya" mahnı müsabiqəsində iştirak etdi və Türkiyədən 12 xal aldı. Türkiyədə "Azərbaycan" adı gələndə ermənilər ikinci planda qalır. Azərbaycanın da Türkiyəyə eyni yarışmada 12 xal verdiyini unutmayaq. Qardaşlıq əyani şəkildə görülmüşdür.

    Hörmətlə,
    Asif Qurbanov
    Dokuz Eylul Universiteti, S.B.E. Maliye Bolumu Doktora Tələbəsi




    Xəbərlər
    Rüstəm
    İyun 4, 2008 18:41
    Baxış sayı: 72
    xəbər 
    Şərhlər(0)

    AZƏRBAYCANA SƏS VERƏK!

    azerbaycan
    Gəlin AZƏRBAYCANA səs verək! Hər 6 saatdan bir 3 səs verə bilərik!
    azerbaycan
    Səsvermədə ilk 3 yeri tutan ölkənin reklamlari CNN-də numayiş olunacaq.
    Hər 6 saatdan bir 3 səs verə bilərsiniz. Azərbaycana səs verək!!! Unutmayaq ki, hər şey bizim əlimizdədir! Azərbaycan sözünü seçin! Like edib Vote sözünə clickləyin!(sağdakı)


    Azərbaycan
    Rüstəm
    İyun 4, 2008 18:25
    Baxış sayı: 67
    azerbaycan 
    Şərhlər(0)

    Blogda yaxşı xəbərlər göndərə bilən şəxs axtarılır..

    Blogda yaxşı xəbərlər göndərə bilən şəxs axtarılır..
    İstəyən varsa burada ismarıc yazsın ya da mənə müraciət etsin: 
    MSN:Rusik_70@hotmail.com
    E-mail: Rusik_70@yahoo.com
    Blogda yaxşı xəbərlər göndərə bilən şəxs axtarılır..
    İstəyən varsa burada ismarıc yazsın ya da mənə müraciət etsin 
    MSN: Rusik_70@hotmail.com E-mail: Rusik_70@yahoo.com
     Xəbəri hazırlayıb ismarıc ilə göndərin.
    Hamısını seçib sayta yerləşdirəcəm. 
    Xəbəri əla olana status verəcəm. 


    Xəbərlər
    Rüstəm
    İyun 4, 2008 17:48
    Baxış sayı: 63
    axtarış 
    Şərhlər(0)

    100 dollara Notebook!

    notebook
    100 dollara notebook. Ardında ətraflı... Məqalə türk dilində!
    notebook
    Dünyanın en büyük yazılım şirketi Microsoft, "100 dolarlık laptop" projesine katıldı.

    Projeyi başlatan ve bilgisayarları geliştiren Her Çocuğa Bir Laptop kuruluşu, laptopları satın alacak ülkelerin işletim sisteminin siparişten önce bilgisayarlara yüklenmesi talebi üzerine Microsoft'un projeye dahil edildiğini belirterek, Windows yüklü dizüstü bilgisayarların denenmesine dört ülkede Haziran’dan itibaren başlanacağını açıkladı.

    Projenin mimarı Massachusetts Institute of Technologie'den Profesör Nicholas Negroponte, şimdiye dek açık kaynak Linux işletim sistemiyle sunulan bilgisayarlara daha fazla sipariş gelmesini sağlamak için projeye Windows'un dahil edilmesinin "umutsuz bir önlem" olduğu eleştirilerini reddetti.

    Prof. Negroponte, şimdiye dek 600 bin adet satılan ve gelişmekte olan yoksul ülke çocuklarına yönelik bilgisayarlardan 60 ila 90 gün içinde 400 bin sipariş daha gelmesini beklediğini söyledi. Beklenen siparişler gelmediği için 100 dolara satılması umulan dizüstü bilgisayarlar, şu anda 188 dolara (Windows XP ile 198 dolar) mal oluyor.



    Xəbərlər
    Rüstəm
    İyun 4, 2008 11:54
    Baxış sayı: 71
    xəbər 
    Şərhlər(0)


    Şərh yazın

    • shocked
    • smile
    • evil
    • grin
    • question
    • lol
    • rolleyes
    • mad
    • wink
    • razz
    • confused
    • redface
    • cool
    • suprised
    • cry
    • sad

    captcha

    Bütün hüquqları qorunur və Adminə məxsusdur. Copyright © 2007-2008 Webmaster: R_ViruS/ Dəstək:   Maxnet.Tk

    Reklam №4